"Qarabağ"ın Çempionlar Liqasının 2024/25 mövsümündəki ikinci rəqibi müəyyənləşib. Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsində “Lüdoqorets”lə qarşılaşacaq.
Caspian Energy Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”la “Lüdoqorets” arasında ilk oyun avqustun 6-da Bakıda keçiriləcək. Matç saat 20:00-da başlayacaq. Ayın 13-də Bolqarıstanda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək.