Понедельник, 16 Сентябрь 2024 10:49

Energetika naziri Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin dördüncü iclasında çıxış edib

“Caspian Energy Media” Nazirliyə istinadən xəbər verir ki, müzakirələrdən sonra iclasın yekunlarına dair Birgə Kommünike imzalanıb. Kommünikedə TDT-nin Enerji Əlaqələndirmə Komitəsinin, Texnologiya və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəzinin və yaşıl enerji dəhlizlərinin yaradılmasına dəstək ifadə olunub. Həmçinin sənəddə türk dövlətlərinin 15 noyabrda Bakıda keçiriləcək COP29 Enerji Günündə fəal iştiraka hazır olduqları əksini tapıb.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan,Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlətlərdir.

Daha ətraflı

Read 41 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ