
Super User
Braziliya və Avstraliyadan quş əti məhsullarının ölkəyə idxalına məhdudiyyət qoyulub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Braziliya Federativ Respublikasının Rui-Qrandi-du-Sul ştatında Nyukasl, Avstraliya İttifaqının inzibati ərazisində yerləşən Avstraliya Paytaxt Ərazisində isə yüksək patogen quş qripi xəstəlikləri qeydə alınıb.
Caspian Energy Media AQTA-ya istinadla xəbər verir ki, Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün Rui-Qrandi-du-Sul ştatında və Avstraliya Paytaxt Ərazisində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (xəstəlik viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Maduro declared winner in Venezuela's presidential election
Nicolás has been declared as the winner in Venezuela’s presidential election, even as his opponents were preparing to dispute the results, Caspian Energy Media reports with reference to “Euronews”.
That decision sets up a high-stakes showdown that will determine whether the South American nation transitions away from one party rule.
Shortly after midnight on Sunday, the National Electoral Council said Maduro secured 51% of the vote, overcoming the main opposition candidate, Edmundo González, who garnered 44%.
Zümrüd Ağayeva UEFA Konfrans Liqasına təyinat alıb
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Caspian Energy Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizani” (Albaniya) – “İberia” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq.
Avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Azerbaijani boxer advances to Paris 2024 quarterfinals
The Azerbaijani boxing team has started competing in the Paris-2024 Summer Olympic Games. On July 28, our first representative entered the ring.
Azerbaijani boxer Alfonso Dominguez has qualified for the quarterfinals of the Paris 2024 Summer Olympic Games after beating Cuba's Julio Cesar La Cruz in the 92kg weight category, Caspian Energy Media reports with reference to the Ministry.
Dominguez will face Kazakh boxer Aibek Oralbay in the quarterfinals on August 1.
Dünya birjalarında neft bahalaşıb
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,42 dollar artaraq 81,55 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,34 dollar artaraq 77,5 dollar təşkil edib.
Dominqes ikiqat Olimpiya çempionunu məğlub edib
Azərbaycanın boks millisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 28 iyul tarixində ilk təmsilçimiz rinqə çıxıb.
Caspian Energy Media Gənclər və İdman nazirliyinə istinadən xəbər verir ki, 92 kq çəkidə çıxış edən Alfonso Dominqes ilk döyüşünü keçirib. Tokio-2020-nin bürünc mükafatçısı yarışa 1/8 finaldan başlayıb. Xulio Sesar la Krusla (Kuba) qarşılaşan idmançımız inamlı qələbə qazanıb. O, ikiqat Olimpiya çempionunu məğlub edib.
Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Görüş avqustun 1-də olacaq.
Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında iştirak üçün qeydiyyat başlayıb
Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarka 09-29 sentyabr tarixlərində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) təşkil ediləcək.
Yarmarkada iştirak etmək istəyən arıçılar 29 iyul saat 08:00-dan 02 avqust saat 20:00-dək onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün fermerlər bal.kendden.az saytına daxil olaraq müvafiq xanalar üzrə şəxsi və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. İştirakı təsdiqlənmiş arıçılara SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.
Ölkə ərazisində müşahidə olunan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin iyulun 29-u saat 8:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Caspian Energy Media, Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, düşən yağıntının miqdarı Lənkəranda 68 mm, Astarada 59 mm, Şəkidə 57 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 29-u axşamdək davam edəcəyi, iyulun 30-da dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
27-28 iyul tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
27-28 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.
Caspian Energy Media Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.
Yarmarka 2 gün müddətində 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.
Azərbaycan və Qətər şirkətləri arasında saziş imzalanıb
Azərbaycan sahibkarlarının Birləşmiş Ərəb Əmirliklərində təsis etdiyi “Green Capital Management” şirkəti və Qətərin “Al Baladi Holding”i arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.
Caspian Energy Media KOBİA-ya istinadən xəbər verir ki, Bakıda keçirilən "Qətər bütün dünya üçün" adlı tədbir çərçivəsində imzalanmış sənəd Azərbaycanda Qətər franşizalarının yaradılmasını, o cümlədən iki ölkənin işgüzar dairələri arasında ticarət əlaqələrinin genişləndirilməsini, potensial əməkdaşlıq imkanlarının inkişaf etdirilməsini, investisiya qoyuluşunu, qarşılıqlı layihələrin təşviqini nəzərdə tutur.