Tuesday, 03 September 2024 15:40

“Paris-2024”: Azərbaycan paraatleti finala vəsiqə qazanıb Featured

“Paris-2024”: Azərbaycan paraatleti finala vəsiqə qazanıb

Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13) Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

“Caspian Energy Media” AZƏRTAC-a istinadən xəbər verir ki, idmançı buna təsnifat mərhələsində 100 metr məsafəni 11,81 saniyəyə qət edərək nail olub.

Final mərhələsi bu gün Bakı vaxtı ilə saat 22:13-də keçiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Read 87 times

 

NEWS