SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “BHOSWARE” komandası “TEKNOFEST-2024”ün qalibi olub.
“Caspian Energy Media” BANM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda festivalda “Hackmasters” kateqoriyası üzrə keçirilən CTF yarışında I yerə layiq görülüb.
Komandanın elmi rəhbəri İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihat Əlili, üzvləri isə İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Əli Məhərrəmli, Məhəmmədcan Məhəmmədcanov, Sahib Hümbətzadə və Oqtay Əhmədovdur.
Qeyd edək ki, təmsilçilərimiz qeydiyyatdan keçmiş 1000-ə yaxın komanda arasından seçilərək finala yüksələn 10 komanda içərisində qələbəni təmin etməyi bacarıblar.