Tuesday, 26 November 2024 16:43

Çingiz Hacıyev BP-nin Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib

BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə iki yeni təyinat olub.

“Caspian Energy Media” xəbər verir ki, Çingiz Hacıyev 2025-ci ilin yanvar ayından BP-nin Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti vəzifəsinə təyin edilir.

Yeni vəzifəsində Çingiz BP-nin qlobal neft və qaz biznesinin inkişafı üzrə rəhbər heyətinin üzvü olacaq və neft və qaz biznesinin inkişafı bölümünün rəhbəri, vitse-prezident Əndi MakOslanın rəhbərliyi altında çalışacaq. O, Bakı ofisində fəaliyyət göstərərək əsas diqqətini BP-nin AGT regionundakı biznes işlərinə yönəldəcək və AGT rəhbərliyində biznesin inkişafı üzrə BP-nin qlobal komandasını təmsil edəcək.

Read 154 times

 

NEWS