Thursday, 13 February 2025 16:35

Azərbaycandan Avropaya ötən ay 1 milyard kubmetr qaz ixrac olunub

Bu ilin yanvar ayında Azərbaycandan Avropaya təxminən 1 milyard kubmetr qaz ixrac olunub.

“Caspian Energy Media” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, ötən ay Türkiyəyə 0,7 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz ixrac olunub.

Bundan başqa, onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 0,5 milyard kubmetr qaz nəql edilib.

Read 6 times

 

NEWS