İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da ADA Universiteti və İtaliyanın Luiss Universitetinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə tərəflər arasında “Made in Azerbaijan” brendinin inkişafı və təhsil sahəsində strateji tərəfdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin əsas fəaliyyət istiqamətləri, reallaşdırdığı təşəbbüslər, eləcə də "Made in Azerbaijan" brendinin beynəlxalq bazarlarda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bununla yanaşı, ölkədə investorlar üçün yaradılmış əlverişli biznes mühiti və bu sahədə aparılan islahatlar diqqətə çatdırılıb.
Görüşün sonunda tərəflər biznes və akademik sahədə əlaqələrin daha da genişləndirilməsi üçün praktiki addımlar atmağa razılaşıblar.
Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.