Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sığorta sistemi ilə bağlı çıxış edib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən ətraflı müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Bu barədə “Caspian Energy Media” Nazirlər Kabinetinə istinadən xəbər verir.