Yaponiya avtomobil nəhəngi Nissan yüksək ixrac rüsumlarından yayınmaq üçün istehsalının bir hissəsini Yaponiyadan ABŞ-a köçürməyi nəzərdən keçirir. Bu barədə “Caspian Energy Media” Yaponiyanın işgüzar qəzeti Nikkei istinadən xəbər verir.
Söhbət ABŞ bazarında lider mövqedə olan Rogue modelinin istehsalından gedir. Hazırda bu model Fukuoka prefekturasında yığılır. Nəşrin məlumatına görə, şirkətin istehsalının qismən ABŞ-a “köçü” artıq bu yay baş tuta bilər.
Qəzet yazır ki, bu qərardan ən çox zərər görəcək tərəf kiçik və orta podratçı şirkətlər olacaq, çünki onlar Nissan-dan sifarişləri itirə bilərlər. 2024-cü ildə Nissan-ın ABŞ-da satdığı 920 min avtomobildən 150 mini Yaponiyadan ixrac olunub.