Monday, 05 May 2025 10:30

AzTU ilə "Caspian Energy Club” arasında əməkdaşlıq imkanları genişləndirilir

Azərbaycan Texniki Universitetində (AzTU) “Caspian Energy Club”ın rəhbər heyəti ilə keçirilən görüşdə universitet-sənaye əməkdaşlığının gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, "Caspian Energy Club International"ın idarəedici direktoru Günel Quliyeva, Sumqayıt Texnologiyalar Data Mərkəzinin həmtəsisçisi, "Caspian Energy Club"ın İnsan Kapitalı, Təhsil və Liderlik üzrə komitəsinin sədri Elvin Aslanov və hər iki tərəfdən nümayəndələr iştirak ediblər.

Rektor Vilayət Vəliyev universitetdə informasiya texnologiyaları, süni intellekt və innovasiya sahələrində həyata keçirilən layihələr, eləcə də startap fəaliyyətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, universitet-sənaye əməkdaşlığı tələbələrin bilik və bacarıqlarının praktiki mühitdə inkişafı üçün mühüm imkanlar yaradır.

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev universitetlərlə işgüzar dairələr arasında körpü rolunun gücləndirilməsinin önəmini vurğulayıb və əməkdaşlığa açıq olduqlarını qeyd edib.

Görüşdə “Caspian Energy Club”ın mütəxəssislərinin tələbələr üçün master-klass və təlimlər keçməsi, tələbələrin “Caspian Energy Club”ın şirkətlərində təcrübədə iştirak etməsi ilə bağlı müzakirələr aparılıb.

Sonda qonaqlar AzTU-nun maddi-texniki bazası ilə tanış olublar.

{gallery}gtrdg{/gallery}

Read 15 times Last modified on Monday, 05 May 2025 10:36

 

NEWS