Friday, 16 May 2025 10:53

Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub

Energetika Nazirliyində işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 9-cu iclası keçirilib.

İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, tikinti, quruculuq tədbirlərindən bəhs edərək bu prosesdə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Bu ərazilərdə enerji səmərəliliyini və bərpa olunan enerjidən istifadəni təmin edən müasir yanaşmanın tətbiqinin genişlənməsi müsbət qiymətləndirilib. Burada   günəş, külək  və su elektrik stansiyalarının  inşasının  Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafına töhfə verəcəyi qeyd olunub.

İclasda İşçi Qrupuna daxil olan dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslər, eləcə də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azəristiliktəchizat” ASC və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təmsil olunub.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

 

 

 

Read 7 times Last modified on Friday, 16 May 2025 10:56

 

NEWS