Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid ilə görüşüb.
Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov da iştirak edib. Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.