"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva 18 sentyabr 2025-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi ”işçi qrupunun videokonfrans formatında keçirlmiş növbəti iclasında iştirak ediblər.
İclasda 2025-ci il üzrə Fəaliyyət Planı əsasında 2025-ci ilin ilk 6 ayı üzrə Səhiyyə Nazirliyi tərəfindən görülmüş işlər barədə, həmçinin “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlara göstərilmiş tibbi xidmətlər barədə təqdimat edilmişdir. Naxçıvan MR-da hemodializ xidmətinə dair həmçinin, əlilliyi olan şəxslərlə bağlı Naxçıvan MR-da görülmüş işlərə dair məlumat verilmiş, növbəti iclas üçün qrup üzvlərinə tapşırıqlar müəyyənləşdirilmişdir.