Tuesday, 20 August 2024 16:27

Bakıda bəzi yollardan istifadə məhdudlaşdırılacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədi ilə Bakı şəhərində bəzi yollardan istifadə məhdudlaşdırılacaq.

“Caspian Energy Media” “Report”a istinadla xəbər verir ki, avqustun 20-də, saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın istifadəsinə bağlı olacaq.

Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 13-15-də keçiriləcək.

Read 97 times

 

NEWS