Monday, 26 August 2024 14:10

“Vitam” Özbəkistanda keçirilən sərgidə iştirak edib

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan məhsulları və ölkəmizdə göstərilən xidmətlərə həsr olunan “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgi təşkil olunub.

“Caspian Energy Media”ya verilən məlumata görə, “Uz Expo Centre”də İqtisadiyyat Nazirliyinin dəstəyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən bu tədbirdə “Vitam”ın Vitam şirkətinin həmtəsisçisi Tehran Əliyev və Niderland Krallığında fəaliyyət göstərən filialın direktoru Tural Mustafayev iştirak edib.

 Qeyd edək ki, mebel və reklam sahəsində 20 illik təcrübəsi olan “Vitam”ın 2023-cü ilin may ayından Özbəkistanda istehsal müəssisəsi fəaliyyətə başlayıb. Eyni zamanda Özbəkistanda yerləşən “Papa Johns” restoran zəncirinin təmiri, tikintisi, həmçinin interyer təminatı “Vitam” tərəfindən həyata keçirilir. Bu günə kimi artıq 8 restoran təhvil verilib və əməkdaşlıq hələ də davam edir.

Read 402 times Last modified on Monday, 26 August 2024 10:53

 

NEWS