Thursday, 29 August 2024 17:30

Daşkənddə Mərkəzi Asiyada təbiətin mühafizəsi layihəsinin təqdimatı keçirilib

Daşkənddə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyi ilə birgə təşkil etdiyi “Mərkəzi Asiyada Təbiəti Mühafizədə Bir Sağlamlıq” layihəsinin icrasına dair regional seminar öz işinə başlayıb.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın hökumət nümayəndələri və Almaniya Federativ Respublikasının Daşkənddəki səfirliyi, Ətraf Mühit, Təbiəti Mühafizə, Nüvə Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Nazirliyi (BMUV), Beynəlxalq İqlim Təşəbbüsü (İKI), Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), İlbirs Fondu və digər beynəlxalq təşkilatlar iştirak ediblər.

Bu barədə “Caspian Energy Media” Özbəkistanın Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyinə istinadən xəbər verir.

 

Read 283 times

 

NEWS