Monday, 09 December 2024 10:21

Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə olunmasında əməkdaşlığı genişləndirəcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları Türkiyənin Ankara, Eskişehir və Sakarya şəhərlərinə işgüzar səfər ediblər. 

Səfər çərçivəsində Devlet Su İşləri Genel Müdiri Mehmet Akif Balta, Su Yönetimi Genel Müdürlüğü və Çevre və Şehircilik Bakanlığının aidiyyəti rəhbərləri ilə görüşlər keçirilib. Görüşlərdə su ehtiyatlarının idarə olunması və mühafizəsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb, təqdimatlar təqdim edilib və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Bu barədə “Caspian Energy Media” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

 

 

Read 99 times

 

NEWS