Monday, 23 December 2024 15:39

Azərbaycan və Çin investisiyaların cəlb edilməsi imkanlarını müzakirə etdi

Görüşdə işğaldan azad edilmiş ərazilərdə investisiya imkanları, yenidənqurma prosesində iştirak və müxtəlif sənaye sahələrində qarşılıqlı əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, investorlar üçün yaradılan əlverişli biznes mühiti, eləcə də azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesləri barədə məlumat verib. Çin şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi istiqamətində AZPROMO-nun hərtərəfli dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

Görüş çərçivəsində Azərbaycanda boru sənayesi, sanitariya avadanlıqları və keramika məhsullarının istehsalı, logistika sahələrinə investisiyaların cəlb edilməsi imkanları, həmçinin bu sahələrdə tərəfdaşlıq perspektivləri, investisiya layihələrinin reallaşdırılması və birgə fəaliyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.

Read 40 times Last modified on Monday, 23 December 2024 12:16

 

NEWS