Azərbaycanla Xorvatiya arasında ticarətin və qarşılıqlı investisiyaların artırılması müzakirə edilib.
“Caspian Energy Media” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Xorvatiyaya səfərimiz çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviçin qəbulunda olduq. Azərbaycan - Xorvatiya strateji tərəfdaşlığının və iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də işgüzar əlaqələrin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”, - deyə paylaşımda qeyd edilib.