Wednesday, 05 March 2025 19:00

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafını müzakirə edib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmamla görüşüb.

Görüşdə Azərbaycanın təşkilatla əlaqələrin güclənməsinə önəm verdiyi vurğulanıb, davamlı iqtisadi artıma nail olunması istiqamətində birgə təşəbbüslərin əhəmiyyəti qeyd edilib.

Tərəflər təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivləri, ikitərəfli münasibətlərin gücləndirilməsi imkanları, ölkəmizin beynəlxalq quruma üzvlüyü çərçivəsində atılacaq addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirələr aparıblar. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 2 times

 

NEWS