Wednesday, 19 March 2025 15:45

Azərbaycanla ABŞ arasında uzunmüddətli enerji tərəfdaşlığının genişləndirilməsi perspektivləri dəyərləndirilib

Azərbaycanla ABŞ arasında uzunmüddətli enerji tərəfdaşlığının genişləndirilməsi perspektivləri dəyərləndirilib.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara ilə enerji əməkdaşlığının inkişafını müzakirə etdik. Uzunmüddətli enerji tərəfdaşlığımızın genişləndirilməsi perspektivlərini, həmçinin Azərbaycanın iştirakı ilə müxtəlif marşrutlar, mənbələri əhatə edən Yaşıl Enerji interkonnektorları layihələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və regionlararası əlaqələrin gücləndirilməsini təşviq edən əhəmiyyətini dəyərləndirdik”, - deyə paylaşımda qeyd edilib.

Read 1 times

 

NEWS