“Biz islahatlara hazırıq” şüarı altında Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası təşkil edilib. Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupu çərçivəsində, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Forumda 180-dən çox iştirakçı bir araya gələrək nəqliyyat infrastrukturu sahəsindəki inkişaf prioritetlərini müzakirə edib. Açılışda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov çıxış edərək, tədbirin əhəmiyyəti və gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov tədbirdə çıxış edərək bildirib ki, son illər Azərbaycan iqtisadiyyatında nəqliyyat sahəsinin rolu yüksək dərəcədə artıb, ÜDM-dəki payı 6.5%-ə çatıb.
"Ölkənin tranzit potensialının artması və Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində müvafiq addımlar atılır. Son dövrlər yaranmış geosiyasi vəziyyət ölkəmizin beynəlxalq daşımalar sahəsində strateji əhəmiyyətini daha da artırmışdır. Qısa müddət ərzində Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində kəskin artım müşahidə olunur", - nazir müavini əlavə edib.
Təqdimat sessiyasında müxtəlif dövlət və özəl qurumların nümayəndələri – Tural Abbaslı (“Azərbaycan Dəmir Yolları” QSC), Tərlan Səfərov və Sübhan Əbilov (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), Aqşin Muxtarov (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC), Vasif Manaflı (“Azərbaycan Hava Yolları” QSC), Xudayar Həsənli (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC), Asim Məmmədli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) – öz qurumlarının layihə və təşəbbüsləri barədə ətraflı təqdimatlar ediblər.
Panel müzakirələrində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müavini Natiq Dadaşov, “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin müşaviri Mircəfər Cəfərov, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İstismar-kommersiya departamentinin rəisi Ruslan Qurbanov iştirakçıların suallarını cavablandırıblar. Tədbirdə “AzeriCard” MMC-nin baş direktormüavini Zakir Əhmədov, “Caspian Event Organisers”in satış və biznesin inkişafı direktoru Rəna Abutalıbova da forumda təqdimatla çıxış ediblər.
Sual-cavab sessiyası ilə davam edən hissədə sahibkarların və şirkət rəhbərlərinin çoxsaylı sualları və təklifləri cavablandırılıb və müzakirə edilib. Daha sonra isə iştirakçılara təşəkkürnamə sertifikatları təqdim olunub.
Forum networking mərhələsi ilə başa çatıb. Qeyri-rəsmi mühitdə baş tutan bu hissə şirkətlər üçün xüsusi önəm kəsb edib. Görüşlərdə dövlət qurumlarının təmsilçiləri və özəl sektor nümayəndələri bir araya gələrək səmimi ünsiyyət qurublar.
Qeyd edək ki, Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasının əsas missiyası nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən hökumət qurumları və biznes nümayəndələri arasında səmərəli dialoqun qurulması, qarşılıqlı kommunikasiyanın genişləndirilməsi və ölkə iqtisadiyyatının müxtəlif sahələrində irəli sürülən təşəbbüslərin müzakirə edilməsidir. Milli Biznesin İnkişafı Forumunun ikinci sessiyası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupu çərçivəsində, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə 29 aprel tarixində keçiriləcək. Növbəti sessiya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərenerji ASC, Azərişıq ASC və “Azəriqaz” İstehsalat Birliyinin iştirakı ilə keçiriləcək sessiya kommunal infrastrukturun inkişafına dair sual və təkliflərin müzakirəsinə həsr ediləcək.
“Caspian Energy Club” haqqında qısa məlumat
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır.
“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsasməqsədilərinən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət qöstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır.
“Caspian Energy Club International” tərəfindən idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda, Azərbaycansahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işqüzar platformadır.
2004-cü ildən fəaliyət göstərən “Caspian Energy Event Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxaq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edən beynəlxalq şirkətidir.
“Caspian Energy International Media Group” 1999-cu ildən fəaliyyət göstərir və “Caspian Energy Club”ın dəstəyi ilə 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy International Media Group”un fəaliyyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır və 20-dən çox ölkəsində əlavə çap olunur.
2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.
1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Research Group” PR, marketinq, sosioloji və içtimayı rəy araşdırmaları keçirən, transmilli, regional dövlət və nəhəng özəl holdinglər üçün geniş miqyaslı konsaltinq xidmətlərini göstərən investisiya-konsaltinq şirkətidir.
1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Entertainment Group” fərqli ölkələrdə “Caspian Energy CUP” çərçivəsində idman yarışmaları, intelektual və əyləncə oyunları təşkil edən beynəlxalq şirkətdir.
{gallery}gegtde{/gallery}