Wednesday, 07 May 2025 10:00

Azərbaycan nümayəndə heyəti Stokholm Konvensiyasına Tərəflərin 12-ci və Bazel Konvensiyasına Tərəflərin 17-ci konfransında iştirak edib

2025-ci ilin 28 aprel tarixindən İsveçrə Konfederasiyasının Cenevrə şəhərində “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyasına Tərəflərin 17-ci, “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyasına Tərəflərin 12-ci konfransı öz işinə başlayıb. Beynəlxalq səviyyədə xüsusi önəm verilən bu konfranslarda sözügedən konvensiyalara üzv dövlətlərin, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və bu sahədə fəaliyyət göstərən Avropa və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

 

Azərbaycan Respublikasını beynəlxalq tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri təmsil edib. Konfransda konvensiyaların üzv dövlətlərdə icrası ilə bağlı hüquqi, inzibati və idarəetmə məsələləri, milli qanunvericiliyin konvensiyaya uyğunluğu, təhlükəli tullantıların, davamlı üzvi çirkləndiricilərin və kimyəvi maddələrin siyahılarının dəqiqləşdirilməsi, məlumat mübadiləsinin aparılması üzrə mexanizmlərin tətbiqi, konvensiyalar üzrə ayrı-ayrı dövlətlərə texniki dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib. Konfransa Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin əməkdaşları da qatılıblar. Bu barədə “Caspian Energy Media” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

 

Read 8 times

 

NEWS