İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayevanın rəhbərlik etdiyi nümayəndə heyəti vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə Latviya Respublikasında səfərdə olub.
Samirə Musayeva Latviya Respublikasının Dövlət Gəlirləri Xidmətinin baş direktoru Bayiba Şmite Roçe ilə görüşüb. Sonra Dövlət Gəlirləri Xidməti tərəfindən bu ölkədə tətbiq olunan vergi nəzarəti prosesinin və risklərin idarə edilməsi, vergi öhdəliklərinə nəzarət, hüquqi prosedurların tətbiqi və s. məsələlərlə bağlı təqdimatlar keçirilib. Öz növbəsində, DVX nümayəndələri vergi ödəyicilərinə göstərilən xidmətlər və onların təkmilləşdirilməsi, vergi mübahisələri və məhkəmə çəkişmələri, süni intellekt və informasiya texnologiyalarından istifadə, eləcə də digər mövzularda təqdimatlarla çıxış ediblər.
Bu barədə “Caspian Energy Media” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.