Friday, 23 May 2025 12:34

“Caspian Energy Holding” yaradılır – 50%-lik pay satışa çıxarılır

13 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi (“InterFood Azerbaijan”) və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi (“Caspian Agro”) çərçivəsində "Caspian Energy Club"ın stendini ziyarət edib.  

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Prezidentə “Caspian Energy Holding”in yaradılması haqqında  məlumat verib.  

Uzun illərdir “Caspian Energy” brendi altında fəaliyyət göstərən networking platformalar, media layihələr, forumlar və mükafatlar artıq vahid idarəetmə strukturu altında birləşdirilir və bu məqsədlə “Caspian Energy Holding” təsis edilir. Yeni holdinqin əsas hədəfi “Caspian Energy” brendi çərçivəsində mövcud olan bütün layihələrin vahid çətir altında toplanması və strukturlaşdırılması, daha effektiv idarə olunması, rəqəmsallaşdırılması və beynəlxalq miqyasda inkişaf etdirilməsidir.  

“Caspian Energy Holding”ə məxsus şirkətlər və layihələr fəaliyyət növünə uyğun olaraq qruplara bölünüb:  

    “Caspian Energy Club” 

    “Caspian Energy Club International”  

    “Caspian Energy Event Group” 

    “Caspian Energy International Media Group”  

    “Award Organizers Group”  

    “Caspian Energy Research Group” 

    “Caspian Energy Entertainment Group”   

    “Caspian Energy Jobs” 

Yeni struktura daxil olan layihələrin rəqəmsallaşdırılması və vahid platforma formatında qlobal miqyasda əlçatan olması əsas prioritetlərdən biridir. Bu məqsədlə “Caspian Energy Holding”in 50 faiz payı satışa çıxarılır. İnvestisiya fürsətləri çərçivəsində 50% payın satışı potensial tərəfdaşlara “Caspian Energy Holding” və onun tərkibindəki bütün layihələrin birbaşa ortağı olmaq imkanı yaradır. Bu, eyni zamanda iştirakçılara öz məhsul və xidmətlərini qlobal arenada tanıtmaq, beynəlxalq əməkdaşlıqlarda strateji rol oynamaq imkanı verir. Parallel olaraq “Caspian Energy Holding”ə daxil olan şirkət və layihələr fərqli qruplara bölünərək 25%-dən 75%-ə qədər paylarla satışa təqdim olunacaq.  

Satışdan əldə ediləcək vəsait hesabına vahid rəqəmsal platforma yaradılacaq. Bu platforma üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən artıq ölkəsindən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq. 

Xatirlatmaq istərdik ki, Azərbaycan Milli Biznes Assosiasiyası və ona məxsus olan brendlər və layihələr “Caspian Energy Holding” tərəfindən yeddi il müddətində idarə olunacaq  və bu müddətdən sonra müstəqil şəkildə fəaliyyət göstərəcək. 

Vahid rəqəmsal platforma vasitəsilə qlobal biznes əlaqələrinin qurulması, partnyor əməkdaşlıqlarının inkişaf etdirilməsi, xidmət və məhsulların beynəlxalq bazarlarda tanıdılması mümkün olacaq. Platforma B2B, B2G və B2C formatlarında fəaliyyət göstərəcək və eyni zamanda yerli və qlobal bizneslərin dövlət qurumları ilə birbaşa əlaqələrin qurulmasına dəstək verəcək. Platformaya inteqrasiya olan qlobal loyallıq proqramı da tətbiq ediləcək. 

“Caspian Energy Holding” həmçinin investisiya agentliyi formatında fəaliyyət göstərəcək və dünyanın müxtəlif ölkələrindən olan investorları Azərbaycanda və Orta Dəhliz ölkərində fəaliyyət göstərən istehsalçılarla və regionlarda yaradılan investisiya mühiti ilə tanış edəcək. Bundan əlavə, holdinq Orta Dəhliz ölkələrində istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxarılmasında  aktiv rol oynayacaq. 

“Caspian Energy Holding”in beş ildən sonra IPO-ya çıxarılması planlaşdırılır.

Read 30 times Last modified on Friday, 23 May 2025 10:10

 

NEWS