Sunday, 25 May 2025 13:46

Ukrayna ilə iqtisadi əməkdaşlıq barədə müzakirələr aparılıb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə görüşüb.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə nazir "X" səhifəsində paylaşım edib.

"Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təşviq edən platformaların təkmilləşdirilməsi barədə müzakirələr apardıq. Həmçinin nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikirlərimizi bölüşdük", - paylaşımda deyilir.

Read 37 times Last modified on Monday, 26 May 2025 09:51

 

NEWS