Pakistanın Baş nazirinin xüsusi köməkçisi, dövlət naziri Tariq Bacva ilə görüş keçirilib.
Görüş zamanı iki ölkə arasında iqtisadi əlaqələrdə müşahidə olunan müsbət dinamika, Preferensial Ticarət Sazişinin biznes tərəfdaşlığının güclənməsində rolu, eləcə də investisiya, sənaye və enerji sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
“Caspian Energy Media” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.