Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.
Görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu.
“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin beynəlxalq enerji əməkdaşlığının təşviqi baxımından əhəmiyyəti qeyd edildi.
Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olundu, perspektivli neft-qaz layihələri nəzərdən keçirildi. Bu barədə “Caspian Energy Media” Nazirlər Kabinetinə istinadən xəbər verir.