Monday, 02 June 2025 18:52

SOCAR ilə “ExxonMobil Corporation” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

2 iyun 2025-ci il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “ExxonMobil Corporation” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti Con Ardil imzalayıblar. Sənəd Azərbaycanın neft-qaz sahəsində birgə əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, “ExxonMobil Corporation” və SOCAR arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələri son zamanlar daha da gücləndirilib. Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

Read 29 times Last modified on Tuesday, 03 June 2025 10:55

 

NEWS