Bakı Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb. Görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi - Faza-1 layihəsinin icrası müzakirə edilib. Bu mərhələdə yataqdan qaz hasilatına başlanması və müvafiq həcmlərin ixraca yönəldilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.