Tuesday, 10 June 2025 10:14

SOCAR ilə Almaniyanın SEFE şirkəti arasında təbii qaz alışı üzrə müqavilə imzalanıb

SOCAR ilə Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanıb.

Sənədə əsasən, qaz həcmləri SOCAR tərəfindən Avropada SEFE-yə təchiz ediləcək.

İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 15 TWh-a (terevatt–saat), yəni təxminən 1,5 milyard kubmetrə (bcm) çatdırılacaq.

Bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə, Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.

Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

 

 

Read 26 times Last modified on Tuesday, 10 June 2025 10:24

 

NEWS