Friday, 10 May 2024 15:01

BTC vasitəsilə 568 milyon ton neft nəql edilib

Birinci rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 33 milyon dollar, əsaslı xərclərə isə 7 milyon dollar vəsait xərclənmişdir.

Caspian Energy Media BP-nin cari ilin birinci rübünün yekun hesabatına istinadən xəbər verir ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 72 tankerə yüklənmiş və yola salınmışdır.

Read 522 times Last modified on Friday, 10 May 2024 11:51

 

NEWS