Wednesday, 15 May 2024 16:46

Azərbaycanın energetika naziri Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Tbilisi şəhərində energetika naziri Pərviz Şahbazov ilə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili arasında görüş olub.

Caspian Energy Media energetika nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan ilə Gürcüstanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş mövqelərini gücləndirəcək “Azərbaycan-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətindən danışılıb.

“Yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə nazirlərin 7-ci iclasının məhsuldar keçəcəyinə qarşılıqlı inam ifadə olunub.

Read 287 times Last modified on Wednesday, 15 May 2024 13:44

 

NEWS