Friday, 17 May 2024 16:17

Azərbaycanın turizm imkanları Çində sərgilənir

Çinin Quançjou şəhərində keçirilən “GİTF 2024” (Quançjou Beynəlxalq Turizm Sərgisi) sərgisində 16-18 may 2024-cü il tarixlərində ilk dəfə ölkəmizin turizm imkanları sərgilənir.

Bu barədə Caspian Energy Media Azərbaycan Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları”, “Şahdağ” Turizm Mərkəzi və Qoruqları İdarəetmə Mərkəzi daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edir.

Read 347 times Last modified on Friday, 17 May 2024 12:37

 

NEWS