Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) Çinin Makao şəhərində keçirilən illik sammitində təmsil olunur.
Bu barədə Caspian Energy Media Azərbaycan Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
"Liderlərin Dialoqu: Gələcəyə əsaslanan Səyahət və Turizm Siyasətləri" adlı panel müzakirəsində çıxış edən Florian Zenqstşmid Azərbaycanda məsuliyyətli və dayanıqlı turizmin inkişafı məqsədilə atılan addımlardan, Basqal kimi icma əsaslı turizmin inkişafı ilə bağlı icra olunan uğurlu dövlət layihələrindən, “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması nümunəsindən danışıb.