Azərbaycanda fəaliyyət göstərən və dünyaca məşhur “Coca-Cola” şirkətinin sərinləşdirici içki məhsullarını istehsal edən “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin yeni investisiya planlarına uyğun olaraq, qurumun ölkədə ikinci istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Caspian Energy Media dövlət vergi xidmətinə istinadən xəbər verir ki, yeni istehsal müəssisəsinin təməlqoyma mərasimi İsmayıllı rayonunda keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova iştirak ediblər.
Daha ətraflı: https://www.taxes.gov.az/az/post/3298