Bakıda Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “TALCO” ASC arasında Anlaşma Memorandumu imzalanıb.
Caspian Energy Media “Azərbaycan İnvestisiya Şirkəti”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Anlaşma Memorandumu Tacikistan Respublikasının “TALCO” alüminium zavodunun istehsal gücünün artırılması ilə əlaqədar investisiya imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması məqsədi daşıyır.
Layihə çərçivəsində Azərbaycan idxalçılarının ilkin alüminiumu daha sərfəli şərtlərlə əldə etməsi məqsədilə “TALCO" ASC zavoduna investisiya yatırılması imkanları nəzərdən keçiriləcək.