Caspian Energy Media İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, mayın 20-də İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritskilə görüş keçirilib.
İZİA-nın İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov ölkəmizdə fəaliyyət göstərən iqtisadi zonalar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verib, iqtisadi zonalarının təqdimatı keçirilib.