Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev ikitərəfli görüşlər keçirib.
Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, Emin Əmrullayev Malayziyanın ali təhsil naziri Zambri Abdul Kadir və Özbəkistan Respublikasının məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova ilə görüşüb.
Forum çərçivəsində elm və təhsil naziri həmçinin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Təhsil departamentinin məktəblər üzrə müşaviri Baronessa Diana Baranla görüş keçirib.
Görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.