Thursday, 23 May 2024 15:25

MyGroup Holding və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında görüş keçirilib

Mayın 23-də MyGroup Holding və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında görüş keçirilib. Görüşdə AFFA-nın baş katibi Sərxan Hacıyev, "Şəfa" futbol klubunun prezidenti Sərdar Salmanzadə, "Şəfa" futbol klubunun vitse-prezidenti Kənan Sadiqli, Mygroup Holdingin nümayəndəsi Fariz Sultan-Əhmədi, Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev iştirak edib. Bu barədə Caspian Energy Media-ya Mymi MMC-nin direktoru Fariz Sultan-Əhmədi bildirib.

Görüşdə Şəfa futbol klubunun adından MyGroup Holding tərəfindən AFFA-nın rəhbərliyinə yeni futbol stadionunun inşası, habelə Şəfa futbol klubunun gələcək planları haqqında məlumat verilib.

Qeyd etmək lazımdır ki, tərkibində 17 şirkət olan MyGroup holdinq 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur.  Şirkətin baş ofisi Dubayda, ikinci ofisi isə Azərbaycanda yerləşir. Bundan əlavə, holdinqin Kanada, Rusiya, Türkiyə və Gürcüstanda ofisləri var.

Read 110 times Last modified on Thursday, 23 May 2024 13:23

 

NEWS