Friday, 24 May 2024 17:34

Odero Mərkəzi Bank tərəfindən lisenziya alan ilk ödəniş təşkilatı olub

Token Azərbaycan MMC (Odero) Azərbaycan Repsublikasının Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanununa əsasən, Azərbaycan Repsublikasının Mərkəzi Bankının müvafiq tələblərinə uyğun olaraq lisenziya alan ilk ödəniş təşkilatı olub. Bu barədə Caspian Energy Media-ya Odero-dan bildirilib.

 

Odero bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək lisenziyalaşma prosesini uğurla tamamlamışdır və Mərkəzi Bankın ÖT-001 saylı lisenziyası əsasında Ödəniş təşkilatı olaraq virtual POS vasitəsilə ödəniş əməliyyatının ekvayrinqi, link və QR vasitəsilə ödəniş qəbulu, kart yadda saxlama əsasında təkrarlanan və abunəlik ödənişlərinin icra olunması, KOB sahibkarlıq subyektlərinin onlayn ödəniş qəbul edə bilməsi üçün əlavə dəyərli xidmət olaraq elektron ticarət platformasının təqdim olunması kimi bir sıra fəaliyyətlər həyata keçirəcəkdir.

 

Qeyd edək ki, ölkənin ilk lisenziyalı ödəniş təşkilatı olan Odero, Fortune 500 siyahısında olan Koç Holdinqə daxildir və Azərbaycanda onlayn ödəniş qəbulu və elektron ticarət həlləri ilə müştərilərin xidmətindədir. Oderonun məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaqüçün https://odero.az/ saytına, 012 310 57 10 Məlumat Mərkəzinə və ya müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Read 598 times Last modified on Thursday, 30 May 2024 07:23

 

NEWS