Monday, 27 May 2024 16:11

Baku Power 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edəcək

Baku Power 4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirələcək 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini Power Bank xidməti ilə təmin edəcək.  Bu barədə Caspian Energy Media-ya Baku Power şirkətinin direktoru Rəşad Cəbrayılov bildirib.

Baku Power şirkəti, Azərbaycanda fəaliyyət göstərən restoran, otel, biznes mərkəzləri, gözəllik salonları və bu kimi digər təşkilatlar üçün innovativ Power Bank xidmətini təqdim etməkdədir. Təklif edilən xidmət, müəssisələrin və təşkilatların enerji ehtiyatını daha effektiv şəkildə idarə etməyə və istədikləri zaman enerji təminatını artırmağa kömək edir. Daha ətraflı məlumat üçün https://bakupower.az/ saytına müraciət edə bilərsiniz.

Read 137 times Last modified on Monday, 27 May 2024 12:37

 

NEWS