Wednesday, 29 May 2024 14:43

SOCAR-ın prezidenti “Honeywell” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Honeywell” şirkətinin yüksək artım tempi olan regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Caspian Energy Media SOCAR-a istinadən xəbər verir ki, görüşdə SOCAR ilə “Honeywell” şirkəti arasında uzunmüddətli və səmərəli əməkdaşlıqdan, bu xüsusda “Star” neft emalı zavodunun (NEZ) inşası, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihələrində birgə fəaliyyətdən məmnunluq ifadə edilib.

Görüşdə şirkətlər arasında regionun enerji sənayesinin avtomatlaşdırılması və enerji keçidinin inkişafı məqsədilə Əməkdaşlıq Sazişi imzalanıb.

Daha ətraflı: https://socar.az/az/post/socar-in-prezidenti-honeywell-sirketinin-yuksek-artim-tempi-olan-regionlar-uzre-prezidenti-ve-bas-icraci-direktorunun-rehberlik-etdiyi-numayende-heyeti-ile-gorusub

Read 120 times

 

NEWS