UNEC-in Rus İqtisad Məktəbində “Davamlı inkişaf şəraitində yaşıl iqtisadiyyat: çağırışlar və gözləntilər” mövzusunda tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi-praktiki konfransı keçirilib.
Caspian Energy Media UNEC-ə istinadən xəbər verir ki, altı ölkənin 200-dən çox gənc tədqiqatçısını bir platformada toplayan beynəlxalq konfransda 7 panel sessiya üzrə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Belorus və Yunanıstanın tələbə, magistr və doktorantlarının məruzələri ilə davam edib.