Tuesday, 04 June 2024 10:23

Caspian Energy İnternational Media Group Xəzər Neft və Qaz sərgisinin baş informasiya tərəfdaşı olub

 

Caspian Energy İnternational Media Group 4-6 iyun tarixində Baku Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçiriləçək 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” sərgisinin baş informasiya tərəfdaşı seçilib. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.

Hər il keçirilən “Caspian Oil & Gas” sərgisi neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. Ötən ildən başlayaraq Xəzər Neft və Qaz sərgisi Bakı Enerji Həftəsi çərçivəsində keçirilir. “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır.

“Caspian Energy” jurnalı dünyanın 50 ölkəsində oxunur. Jurnalın hər nömrəsində MDB və Aİ ölkələrinin prezidentləri və baş nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələri, aparıcı ekspertlərin şərhləri və analitik materialları dərc olunur.

Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının beş aparıcı nəşri sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.

 

Read 526 times Last modified on Tuesday, 04 June 2024 10:39

 

NEWS