İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson ilə görüşüb.
Caspian Energy Media iqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, görüşdə COP29-a hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb, Dünya İqlim Fondu ilə gələcək tərəfdaşlıq perspektivləri müzakirə olunub.