Wednesday, 05 June 2024 12:49

Bakı Enerji Həftəsi çərçivəsində SOCAR və “Masdar” şirkəti arasında üç layihə üzrə Səhmdarlar Sazişləri imzalanıb

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb.

Caspian Energy Media SOCAR-a istinadən xəbər verir ki, imzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iştirak ediblər.

Sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyaları layihələrini əhatə edir.

Daha ətraflı

Read 463 times

 

NEWS