Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), İtaliyanın Asiya üzrə İnstitutu (ISIA) və “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə İtaliya Respublikası Senatında “İtaliya, Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələr – Enerji təhlükəsizliyi və xarici siyasət” adlı konfrans keçirilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO sözügedən tədbirdə təmsil olunub.
Caspian Energy Media AZPROMO-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycanla Aİ və İtaliyanın strateji əlaqələrinin cari vəziyyəti və genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb, ölkəmizin ticarət və investisiya potensialı təqdim olunub.