MyGroup Holdinq 7 iyun tarixində keçiriləcək CEO Breakfast-ın sponsoru olub. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
Qeyd edək ki, 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən MyGroup Holdinq elektronika satışı sahəsində fəaliyyətə başlamışdır. Hal hazırda MyGroup Holdinq-ə daxil olan şirkətlər avtomobil satışı, neft sektorunda iştirak, marketinq xidmətləri, ətriyyatın pərakəndə satışı, Dubayda daşınmaz əmlak satışı və s. bir sıra sahələr üzrə xidmət göstərir.